Mədət Quliyevə general-leytenant rütbəsi verilib

22-10-2015, 08:16
0
Mədət Quliyevə general-leytenant rütbəsi verilib
MTN-in birinci müavini vəzifəsinə gətirilən Mədət Quliyevə rütbə verilməsi ilə bağlı İlham Əliyev Sərəncam imzalayıb.
 
Sərəncamda deyilir: Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Qəzənfər oğlu Quliyevə general-leytenant ali hərbi rütbəsi verilsin.
 
Qeyd edək ki, Mədət Quliyev MTN-in birinci müavini vəzifəsinə dünən 20 Oktyabrda gətirilib.

Mədət Quliyev 2005-ci ildən polis general-mayoru rütbəsini daşıyırdı. 2011-ci ildən Penitensiar xidmətin rəisi vəzifəsinə təyin edildikdən 1 il sonra ona ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.

скачать dle 12.1
Xəbər lenti