“Türkiyə, Qətər və BƏƏ 500 İŞİD terrorçusunu Yəmənə köçürüb” -VIDEO

29-10-2015, 00:01
0
“Türkiyə, Qətər və BƏƏ 500 İŞİD terrorçusunu Yəmənə köçürüb” -VIDEO

 “CNN” telekanalına istinadən verdiyi məlumata görə, Türkiyə, Qətər və BƏƏ təyyarələri son günlər 500 İŞİD-çini Yəmənin Ədən şəhərinə aparıblar.

Bununla bağlı açıqlama verən Suriya Silahlı Qüvvələrinin sözçüsü bildirib ki, ikisi Türkiyəyə, biri Qətərə, digər biri isə BƏƏ-yə məxsus hərbi təyyarələr oktyabr ayının 16-si 500 İŞİD terrorçusunu Yəmənin Ədən şəhərinə köçürüb.

Dəqiq kəşfiyyat məlumatlarına istinadən edən Suriya ordu rəsmisi adıçəkilən İŞİD-şilərin Rusiya Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində Suriyadan geri çəkildikləri bildirib.

Ordu rəsmisi əlavə edib: “Terrorçular Ədən hava limanına endikdən sonra təcavüzkar koalisiyanın zabitləri onları 3 hissəyə bölüb. Onlardan bir qismi Babul-Məndəb boğazına, digər bir hissəsi Məarib vilayətinə, qalanları isə Səudiyyə Ərəbistanın Cazan və Əl-Əsir vilayətlərində olan Yəmən döyüşçüləri ilə vuruşmaq üçün bu iki vilayətə göndərilib.”

Xatırladaq ki, Yəmən inqilabı baş verdikdən sonra terroru dəstəkləyən ölkələrin himayəsi ilə İŞİD bu ölkədə də peyda oldu.

скачать dle 12.1
Xəbər lenti