İşıq sayğaclarında problem - kredit düyməsi nə üçündür? (VİDEO)

30-10-2015, 17:25
0
İşıq sayğaclarında problem - kredit düyməsi nə üçündür? (VİDEO)
Paytaxt sakini Gülsüm Hacıyevanın başına maraqlı bir hadisə gəlib. Elekton tipli ağıllı sayğacdan kredit götürməsinə baxmayaraq işığı kəsilib.İndi onu belə bir sual düşündürür. Ağıllı sayğaclarda quraşdırılan kredit düyməsi nə üçündür? Belə sayğaclardan istifadə edənlərin sayı isə kifayət qədər çoxdur.
Bakı şəhər sakini Gülsüm Hacıyeva sayğacdan kredit götürsədə, pul bitmədiyi halda işığı kəsilib.
Nəsimi rayonu Asim Məhərrəmov küçəsi bina 36-da yaşanan bu hadisə ilə bağlı "Azərişiq" ASC-nə müraciət etdik.
Xatırladaq ki, Bakıda 856 mindən çox abonent bu sayğaclardan istifadə edir.Ölkə üzrə isə belə sayğaclar hələlik Abşeron, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran və Şirvanda quraşdırılıb.
Bu sayğaclara nə qədər pul yükləyirsənsə onu da işlədirsən.Kredit borcunu ödədikdən sonra belə vətəndaşların sayğacları aktiv olmur.Yalnız işıq idarəsinə müraciətdən sonra onların elektirk enerjisi bərpa edilir.
Nəsimi rayonu Enerji Təhcizatı və Satışı İdarəsi tərəfindən belə addımların atıldığını istisna etməyən "Azərişıq" rəsmisi Tanrıverdi Mustafayev isə vətəndaşlara kredit almamağı məsləhət görür.
O zaman sual yaranır, bəs ağıllı sayğaclarda quraşdırılan kredit düyməsi nə üçündür?
скачать dle 12.1
Xəbər lenti