Göyçay rayonu, Qaraməryəm kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğlu tərəfindən qaynarxeber.orgsaytına şikayət məktubu daxil olub. Şikayətçi Göyçay rayon Mərkəzi Xəstəxanasında baş verən qanunsuzluq və rüşvət faktından bəhs edir. Bu haqda əvvəllər də bəzi qəzet və saytlarda xəbər yazılsa da, heç bir organ məsələyə müdaxilə etməmiş və rüşvətə, qanunsuzluğa göz yumulmuşdur. Buna görə də şikayətçi təkrarən bu olayın yayınlanmasını və bəlkə bundan sonra aidiyyatı qurumların bu işlə maraqlanacağını düşünmüşdür.
Şikayətçi Səbuhi Quliyev bildirir: “Qardaşım Akif Quliyev 03 iyun 2015 ci il tarixində rayon ərazisində avtoqəzaya uğramışdı. Qardaşım və digər xəsarət almış insanlar rayon xəstəxanasına yerləşmişdi. Lakin əsl qəza bundan sonra yaşandı”.
Daha sonra şikayətçi ondan kimlərin rüşvət tələb etməsini və əlində fakt olaraq video və səs yazılarının olduğunu bildirir. Həmin maddi sübutları aidiyyatı orqanlara verəcəyini bildirir və davam edir: “Xəstəxananın cərrahı Famil Namazov, travmotoloqkar Elman və Mərdalı həkimlər məndən rüşvət istəyir, əks təqdirdə xəstələrə baxmayacağını bildirirdi. Bununlada yetinməyən savadsız həkimlər xəstəmizdən birinə yanlış diaqnoz qoydu. Dövlət xəstəxanası olmasına baxmayaraq mənə kislorod balonu üçün “reduktor” aldırdı və yalnız bunu aldıqdan sonra elə özümə də bağlatdı”.
Səbuhi Quliyev bu kimi qanun pozuntuları və rüşvət haqqında Göyçay rayon Prokurorluğuna şikayət etdiyini bildirir. Lakin onun sözlərinə görə rayon prokurorluğunun müstəntiqi Nurlan Məmmədov bunu cinayətin bir başa iştirakçısı olan baş həkim Famil Zeynalovun sifarişi ilə ört basdır edir.
Bundan da ümidi üzülən şikayətçi daha sonra Respublika Prokuroru Zakir Qaralova həmin olay və olayı ört basdır edən müstəntiq haqqında şikayət və əlində olan maddi sübutları ünvanlayır.
Lakin burada da qanunsuz ört-bas əməliyyatı ilə üzləşir. Belə ki, Respublika Prokurorluğunda şikayətə baxan müstəntiq Qabil Qasımov həm həkimlərin rüşvət və qanunsuz əməlləri, həm də rayon prokurorluğu müstəntiqi Nurlan Məmmədovun bütün sübutlara rəğmən işi araşdırmamasına eyni cür susqunluq nümayiş etdirir.
Respublika Prokurorluğundan da ümidini itirən şikayətçi sonda Milli Təhlükəsizlik Nazirliyi (MTN) və respublika Prezidentinə məktublar yazaraq müraciət edir, işə baxılmasını istəyir.
“MTN və Prezident də baş həkimlə bacarmır və Famil Zeynalov onları da susdura bilir” deyən şikayətçi daha sonra əlavə edir:
“Ölkədə olan bütün aidiyyatı qürumlara yazmışam, sübutlar təqdim etmişəm, ancaq kimsənin gücü çatmır baş həkim F.Zeynalova. Bircə Səhiyyə Nazirliyinə yazmamışam. Çünki onlar da elə F.Zeynalovla ortaqdır və onlardan heç bir kömək gözləmirəm”.
Son olaraq Ədliyyə Nazirliyinə yazdığını bildirir şikayətçi. Ordan isə “ərizəniz çatıb” deyə bir cavab məktubu aldığını bildirir. Lakin iki aydır ki, çatan ərizəsi haqqında heç bir araşdırmanın olmadığını da qeyd edir.
Baş həkim haqqında sübutlar toplayan Səbuhi Quliyev Müdafiə Naziri Zakir Həsənova həmin sübutları yolladığını bildirir. Həmin sübutlarda isə baş həkim F.Zeynalov əsgərə gedəcək gənclərdən rüşvət alaraq xəstəlik sənədi satdığı göstərilir.
Sonda isə şikayətçi president İlham Əliyevə səslənir və deyir: “Cənab Prezident, siz büdcənin boşalmasından narahat olursuz. Büdcəni boşaldanlardan biri də Göyçay MRX –nın baş həkimi Famil Zeynalovdur. O mənim tanıdığım onlarla sağlam, iş qabiliyyəti olan insanları saxtakarlıq edərək, rüşvət müqabilində təqaüdə çıxarır. Bununlada ölkə büdcəsinə on minlərlə manat ziyan vurur. Cənab president, siz bu məsələyə də göz yumursunuzsa, bunların cəzasını vermirsizsə, o zaman mən daha sizə deyil, Barak Obamaya müraciət edim”…
qaynarxeber.org