Suraxanıda icra başçısına qarşı etiraz (VİDEO)
3-11-2015, 23:54
0
Suraxanıda icra başçısına qarşı etiraz (VİDEO)
Suraxanı rayonunda da yol problemi sakinləri haqlayıb. Problem yağışlar başlayandan daha qabarıq şəkildə özünü göstərməyə başlayıb.
Paytaxtın Suraxanı rayonu, 3-cü mədən, Zahid Əliyev küçəsinin sakinləri illərdir yolsuzluq şəraitində yaşamağa məcburdurlar. Avtomobili olanlar qış aylarında palçıqdan xilas ola bilsələr də piyadalar əməlli-başlı əziyyət çəkirlər.
Sakinlərin dediyinə görə, şagirdlər məktəbə gedərkən ya özləri ilə ehtiyat ayaqqabı götürməli olurlar, ya da xüsusi üsulla, yəni selofan torbalarla sudan palçıqdan qorunmağa çalışırlar. Sakinlər bildirir ki, hələ qış sərt üzünü göstərməyib. Yol qaydasındadır. Təxminən bir aydan sonra küçə sakinləri sınağa çəkəcək.
“Məktəbə, eləcə də işə gedib-gəlmək olmur. Hissə-hissə küçələrə asfalt çəksələr də, nədənsə bu küçə yaddan çıxır. Bununla bağlı dəfələrlə aidiyyati qurumlara müraciət etmişik. Amma müraciətə baxan yoxdur”, – deyə şikayətçi Marina Quryanevo bildirib.
Şikayətçi Məhəmməd Qədimalıyev deyir ki, yollar bərbad vəziyyətdədir, uşaqlar ayaqları pis halda məktəbə gedirlər.
Məsələ ilə bağlı Suraxanı rayon icra hakimiyyətinin nümayəndəsi Barxudar Barxudarov məsələyə aydınlıq gətirdi:
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”da qəsəbələrə yolların çəkilməsi nəzərdə tutulub. Hazırda Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü mədən ərazisində bu istiqamətdə müəyyən işlər görülüb və bundan sonra da bu işlər davam etdiriləcək”.
Qrumun rəsmisi onu da əlavə edib ki, asfalt örtüyü ilə addımlamağa elə də çox zaman qalmayıb, sadəcə biraz da səbrli olmaq lazımdır.
скачать dle 12.1