Elmar Məmmədyarov Gürcüstana yola düşüb

27-11-2015, 12:02
0
Elmar Məmmədyarov Gürcüstana yola düşüb
Xarici işlər naziri Elmar Məmmədyarov 26 noyabr 2015-ci il tarixində Tbilisi şəhərində keçiriləcək Şərq Tərəfdaşlığı ölkələrinin VI qeyri-rəsmi nazirlər toplantısında iştirak etmək üçün rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə Gürcüstana yola düşüb.
 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Faktxeber.org-a verilən məlumata görə, səfər çərçivəsində Elmar Məmmədyarovun toplantıda çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.
 
"Şərq tərəfdaşlığı" Avropa İttifaqı ilə 6 dövlət - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarus arasında siyasi və iqtisadi inteqrasiyaya yönəlmiş proqramdır.
скачать dle 12.1
Xəbər lenti