“Həbs yerlərində mövcud vəziyyət, siyasi məhbus problemi və qarşıda duran vəzifələrə dair”
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının 2015-ci il üçün hazırladığı hesabatını olduğu kimi yayınlayırıq:
Ümumi məlumat
Təqdim olunan hesabat “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı tərəfindən hazırlanıb. Hesabatın hazırlanmasında qanunsuz həbs həyatı yaşamış keçmiş vicdan və siyasi məhbusların təqdim etdiyi məlumatlardan istifadə olunub, yerli və beynəlxalq qurumların müvafiq hesabatları nəzərdən keçirilib, həmin hesabatların müqayisəli təhlili aparılıb. Həmçinin hazırda həbsdə olan bəzi məhbusların, onların vəkillərinin, ailə üzvlərinin fikirləri öyrənilib, onlardan müsahibələr götürülüb. Bakıda və regionlarda mövcud olan istintaq təcridxanalarında, cəza çəkmə müəssisələrindəki mövcud vəziyyət öyrənilib və qiymətləndirilib, həbs yerlərindəki real vəziyyətin monitorinqi əsas götürülüb. Yerli və beynəlxalq qanunvericilik aktları araşdırılıb. Bir sözlə hesabat müəllifləri qarşılaşdıqları, gördükləri və onlara qarşı münasibətdə tətbiq olunan məqamları, eləcə də əldə etdikləri məlumatları sənədə köçürüblər.
Hesabatın əsas bölümlərindən biri Azrbaycanda siyasi məhbus problemi ilə bağlıdır. Sənəddə problemin meydana gəlməsi, onu doğuran səbəblər və aktuallığı, eləcə də siyasi məhbuslara qarşı irəli sürülən ittihamlar, ədalətsiz mühakimə və məhkəmə hökmləri, yerli və beynəlxalq rəylərdən bəhs olunur.
Hesabat 3 istiqamətdə aparılan araşdırmaları, təhlilləri özündə ehtiva edir; həsb yerlərində saxlanma şəraiti, məhkumların hüquqları və siyasi məhbus problemi.
Bu sənəd Azərbaycanda həbs yerlərindəki vəziyyəti, məhbusların hüquqları və siyasi məhbus probleminə dair ümumi və ayrı- ayrı mənzərəni əks etdirən son illərin ən real və obyektiv hesabatlarından biri kimi təqdim olunur.
Hesabatın hazırlanmasında məqsəd
Məqsəd həbs yerlərində vəziyyətin yaxşılaşdırılması, məhbus hüquqlarının yerli və beynəlxalq qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin olunması və siyasi məhbus probleminin həllinə yardımçı olmaqdır. Hesabat qeyd olunan problemlərin həllinə təsir aləti kimi götürülür, problemin ictimai gündəmə gətirilməsi, aidiyyatı yerli və beynəlxalq qurumlara təqdim olunması, həmçinin ictimai nəzarət funksiyasının həyata keçirilməsinə yardım kimi nəzərdə tutulur.
Hesabatın hazırlanmasında çətinlik yaradan məqamlar
Həbs yerlərində ətraflı monitorinq aparmaq, mövcud vəziyyəti araşdırmaq, məhbusların hüquq və vəzifələrinin nə dərəcədə təmin olunmasını yerindəcə müəyyənləşdirmək, müqayisəli təhlil aparmaq üçün dəfələrlə cəhd edilsə də Hesabat müəllifləri Ədliyə Nazirliyi Penitensiar Xidmətin rəhbərliyi tərəfindən həbs yerlərinə buraxılmayıb.
Eyni zamanda Hesabatın daha da dolğun, əhatəli və obyektiv alınması üçün bir sıra məsələlərin aydınlaşması, statistik rəqəmlərin dəqiqləşdirilməsi mümkün olmayıb. Çünki bu məlumatların bir çoxu informasiya sahibi kimi Ədliyə Nazirliyinin Penitensiar Xidmətindədir. Təəssüflə qeyd etmək lazımdır ki, bir sıra məqamların dəqiqləşdirilməsi və suallara aydınlıq gətirilməsi üçün Penitensiar Xidmətə “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinə uyğun şəkildə “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı tərəfindən 07 yanvar 2013- cü ildə rəsmi sorğu ilə müraciət edilsə də adı çəkilən qurum qanunvericiliyin tələblərini pozaraq bu günə qədər sorğunu cavablandırmaqdan boyun qaçırıb. Alyans tərəfindən məhkəmədə iddia tələbi qaldırılsa da Penitensiar Xidmət informasiya sorğusunu cavablandırmaqdan imtina edib.
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının üzvlərinin həbs yerlərinə buraxılmaması, məhbuslarla görüşə icazə və imkan verilməməsi, eləcə də bəzi informasiyalara çıxış imkanlarının məhdudlaşdırılması Hesabatın hazırlanmasında müəyyən çətinliklər yaratdı. Amma bütün bunlara baxmayaraq alternativ imkanlardan istifadə edilərək Hesabatı hazırlayıb ərsəyə gətirmək mümkün oldu.
Həbs yerlərində ümumi vəziyyət
Bu sahədə olan qanunvericilik aktlarında müəyyən təkmilləşmələr aparılıb. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” 22 may 2012-ci il tarixli Qanun qəbul edilib. Qanunun bir sıra müddəaları Avropa Penitensiar Qaydalarının tələblərinə uyğunlaşdırılıb. 2013- cü ildən etibarən sənəddə nəzərdə tutulan bir sıra hüquqlar tətbiq olunmağa başlanılıb. Xüsusən, məhbusların yaxınları ilə əlaqə saxlaması, onlarla həftədə bir dəfə telefonla danışmaları, görüşməsi, televiziyaya baxması və radio verilişlərini dinləməsi, qəzet almalarına şərait yaradılmasını və s. qeyd etmək olar. Dustaqların daşınması ilə bağlı vəziyyət az da olsa yaxşılaşdırılıb. Qanunun qəbul olunması dustaqların hüquq və vəzifələrinin yaxşılaşdırılmasına qanunvericilik əsası yaradıb. Amma təəssüf ki, qanunun tətbiq olunması istiqamətində işlər çox zəif gedir.
Əvvəlki illərlə müqayisədə beynəlxalq və yerli təşkilatların Azərbaycandakı həbs yerlərinə, eləcə də məhbusların saxlanma şəraitinin yaxşılaşdırılmasına, onların hüquq və vəzifələrinin təmin olunmasına diqqət artıb. Həmin təşkilatların nümayəndələri uzun fasilələrlə də olsa həbs yerlərinə baş çəkir, məhbuslarla görüşür, onların saxlanma şəraiti və hüquqlarının necə təmin olunması ilə maraqlanırlar.
Real təsir gücünə malik olmasa da Ombudsman aparatının əməkdaşları da vaxtaşırı olaraq həbs yerlərinə baş çəkir, dustaqlarla görüşüb onların şikayətlərini dinləyirlər.
Penitensiar müəssisələrdə saxlanılan şəxslərin hüquqlarının təmin edilməsinə nəzarətin təşkil edilməsi məqsədlə Ədliyyə Nazirliyinin strukturunda Cəzaların icrasına nəzarət üzrə müfəttişlik və İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi mövcuddur.
Eyni zamanda əvvəlki illərlə müqayisədə aidiyyatı həbs yerlərində dövlət orqanları dustaqlara dini ayinlərə əməl etməyə icazə verirlər.
Həbs yerlərinə və məhbusların saxlanmasına, onların hüquq və vəzifələrinin təmin olunmasına məsul olan Ədliyyə nazirliyinin Penitensiar Xidmətin fəaliyyəti daha çox ictimaiyyət və cəmiyyət üçün qapalı, qeyri- şəffaf, hesabatlılıqdan kənar, ictimai məlumatlandırmanı obyektiv və operativ təmin etməyən qurum təsiri bağışlayır. Sözügedən qurum bu sahədə mövcud olan yerli və beynəlxalq qanunların tətbiq olunması, dustaqların faydalı işlərə cəlb olunması, onların cəmiyyətə yenidən adaptasiya olunması istiqamətində hər hansı təsirli tədbirlər görmür. Dustaqlar üçün həbs yerləri əksər hallarda bir növ azadlıqdan məhrum olunan şəxslərin islah olunması, öz səhvlərindən nəticə çıxarması əvəzinə daha çox onların cəza çəkilən, qanunsuzluğun və ədalətsizliyin baş alıb getdiyi bir mühitdən bir az da kobud və qisasçı ruhda yenidən cəmiyyətə qaytaran müəssisə təəssüratı yaradır.
Həsb yerlərində dustaqların saxlanma şəraiti
Əksər həbsxanalarda dustaqların saxlanma şəraiti bərbad vəziyyətdədir. Həbs yerlərində keyfiyyətsiz qidalanma, zəif tibbi xidmət, normadan artıq məhkumun bir yerdə saxlanması, müəssisə rəhbərliyinin qeyri- professional münasibəti, istilik və soyutma sisteminin tələblərə cavab verməməsi, anti- sanitariya və s. hallar hökm sürür. Həbsdən yeni çıxmış keçmiş siyasi məhbus, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin üzvü Bəşir Süleymanlı bildirir ki, dustaqların saxlanma şəraiti yaxşı səviyyədə deyil; “Təcridxanada 4 nəfərlik yerdə bəzən 6 nəfər, 8 nəfərlik yerdə 10 və daha artıq təqsirləndirilən şəxs saxlanılır. Bunu tutulanların sayının coxlugu ilə izah edirlər. Cəzaçəkmə müəsissəsində vəziyyə daha da acınacaqlıdır. Məhkumlar üçün nəzərdə tutulan yer sahəsinə nəinki əməl edilmir, hətta onlar daha da sıx yaşamağa məcburdurlar. 30 kv.m. yerdə 20 nəfər saxlanılır və kvadrat artdıqca da çox məhkumun yerləşdirilməsinə başlanılır. Ümumiyyətlə, cəza çəkmə müəsissələrində normadan artıq məhkum saxlanılır. Bunu sadə hesablama ilə də öryənmək olar ki, əgər cəzaçəkmə müəsissəsində qanunda nə qədər adam saxlanılmalıdı, ancaq real nə qədər məhkum saxlanılır. Bizdə hətta yerin çatışmazlığından korpuslarda olan televiziya otaqlarını ləğv edib yataq otaqları düzəldirdilər. Əvəllər korpusların hər birində televiziya otagı olub. İndi yalniz korpusdan kənarda 2 televiziya otağı qalıb.
Tualet və əl-üz yumaq yerləri isə çox bərbad və natəmizdir. Qışda isti su verilmir, bu da daha çox xəstəliklərin yaranmasına və yayılmasına rəvac verir.
Həbsxanada yeməyin keyfiyyəti çox aşağıdır. Dustaqlar yalnız evdən gondərilən ərzaqlarla və həbsxananın içərisində olan dükandan ərzaq almaqla keçinirlər. Imkansız dustaqlar isə həbsxananın yeməyini yeməyə məhkumdurlar.
Həbsxanada 2 televiziya otagı və bir böyük kinoklub var. Bir otaqda daha çox xəbərlər proqramı, digər otaqda isə kino və şou verilişlərə baxanlar toplaşır. Kanallara baxmaq müstəqilliyi məhkumlardan asılıdır. Və istədikləri kinolara baxmaqda müstəqildirlər. Buna görə müdaxilə yoxdur. Kino klubda isə mutamadi olaraq maraqlı kinolar və kliplər verilir. Buranın da kino seçimində məhkumların istəkləri nəzərə alınır.
Həbsxanada normal kitabxana var. Dunya ədəbiyyatının məşhur yazıçılarının əsərlərini əldə etmək mümkündür. Hətta yeni tərcümələr gətirilməkdə davam edir. Hesab edirəm ki, kitabla baglı elə bir problem yoxdur. Amma qəzetlər bir gün gecikmə ilə yalnız hakimiyyətin nəzarətində olan və dövlət qəzetləri gətirilir. Müstəqil qəzetlər hətta özümüz abunə olduqda belə bizə verilmirdi.
Həbsxanada normal idman mərkəzi fəaliyyət göstərir. Güləş, fiziki hazılrıq üzrə müəllimlər məhkumlara dərslər keçir. Bu sahədə elə bir problem yoxdur. Hər gün məhkumlar müəsissənin ortasında olan meydançada futbol oynamaqda sərbəstdirlər.
“Yarıqaranlıq at tövləsində saxlanılan dustaq özünü müdafiə edə bilməz”. Həbsdən yeni çıxmış digər keçmiş siyasi məhbus, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı həbs yerlərində dustaqların saxlanma şəraiti ilə bağlı bildirir ki, ümumi vəziyyət son zamanlar yaxşılığa doğru dəyişsə də, ancaq insan ləyaqətinə yaraşmayan hallar hələ də çoxdur və bu haqda Penitensiar Xidmət mətbuata açıqlama verməkdən çəkinir; “Yaradılan yeni xidmətlər də korrupsiya predmeti olur və Penitensiar Xidmət və onun işçilər hər yeniliyi pula çevirməyi bacarırlar. Görüş tarixləri və telefondan istifadə haqda yeni qanun müsbət dəyişikliklər gətirsə də, faktiki olaraq Penitensiar Xidmət əməkdaşları istədikləri zaman bunu qadağan edə bilirlər.
Təqsirlənd