"Azərbaycan Dəmir Yolu" QSC növbəli iş rejimində çalışacaq

29-12-2015, 15:54
0
"Azərbaycan Dəmir Yolu" QSC növbəli iş rejimində çalışacaq

"Azərbaycan Dəmir Yolları" QSC dekabrın 29-dan başlayaraq Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı keçirilən bayram günləri bitənə qədər növbəli rejimdə işə başlayır.

Bu barədə açıqlama Səhmdar Cəmiyyətdən verilib. Bildirilib ki, sərnişinlərin əsas sıxlığı dekabrın 29-30-da gözlənilir. Sərnişin sıxlığına uyğun olaraq qatarlara əlavə vaqonlar qoşulacaq. Sərnişinlərin sıxlığı isə ən çox qərb istiqamətində müşahidə edilir. Həmçinin sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejmi tətbiq olunacaq.

скачать dle 12.1
Xəbər lenti