20 Yanvar şəhidləri ilə bağlı tədbir keçirilib - FOTOLAR
18-01-2016, 16:58
0
20 Yanvar şəhidləri ilə bağlı tədbir keçirilib - FOTOLAR
«Maarifçiliyə Dəvət» İctimai Birliyinnin təşəbbüsü ilə BMM-də 20 Yanvar şəhidlərinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə birliyin rəhbər heyəti və üzvləri ilə yanaşı bir çox təşkilat sədrləri, ictimai xadimlər, ziyalılar iştirak ediblər.
Birliyin sədri Elçin Manafov ilk əvvəl yeni yaradılan qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib, təşkilatın yaradılmasında əsas məqsədin cəmiyyəti müxtəlif sahələr üzrə maarifləndirməkdən ibarət olduğunu bildirib: "Çünki maariflənmiş cəmiyyət bəşəriyyətin, o cümlədən də ölkənin inkişafında əvəzedilməz rol oynayır. Şəhidlərin də ölkənin mübarizə ruhunda rolunun olduğunu dana bilmərik. İnsan Allahın onun üçün nəzərdə tutduğu azadlığını əldə etməsi üçün yeganə yol bundan keçir. İnsan öz qanından maya qoymalıdır ki, insaniyyəti yaşada bilsin. 20 Yanvar günü bizim Azərbaycanın azadlığı da məhz bu yolda keçib. Əgər o zaman bizim xalqımız öz vəzifəsini başa düşməsə və düzgün addım ata bilməsəydi, yəni öz qanından keçməsəydi, bu gün xalqımız müstəqil ola bilməz, öz azadlığını əldə edə bilməzdi. Komunistin o cür təzyiqindən azad olmağın yolu bu idi ki, Vətən oğulları öz qanından keçsin. Odur ki, bu yolda tökülən qanlar bizi kədərləndirdiyi kimi, fəxrimiz də olmalıdır."
Tədbirdə çıxış edən AİP-in sədr əvəzi İlham Əliyevə şəhidliyin mahiyyətindən danışıb və bildirib ki, dünyada heç bir amil şəhidin qanı kimi insanlıq aləminə xidmət edə bilməyib: "Yeganə varlıq şəhiddir və onun qanıdır ki, insanlıq aləminə öz töfhəsini verib, zaman isə onda öz təsirini göstərə bilməyib. Zamanın xüsusiyyəti budur ki, nəyinsə üstündən vaxt keçsə, onu köhnəldib, əldən salmalıdır. Lakin şəhid, zamanın zati xüsusiyyətindən müstəsnadır. Belə ki, vax keçdikcə nəinki onu köhnəldə, əldən sala bilmir, əksinə daha da parlaq edir və yaşadır. Səbəbi budur ki, şəhid insaniyyətin azadlığına xidmət edən ən böyük amilddir".
İ.Əliyev Qurani-Kərimdə Allah yolunda qanı tökülənin ölü olmadığının vurğulandığını bildirib: "İmam Əli (ə) "Nəhcül Bəlağə"də buyurub ki, nə çox insanın fiziki hərəkətləri var, nəfəs alıb-verirlər, amma əslində ölüdürlər. Nə çox insan da var ki, bu gün aramızda olmamalarına rəğmən yaşayırlar. Əslində həqiqi həyat onlarındır. Onlar dünyanı fəth edə biliblər."
скачать dle 12.1