Avtobus sürücülərinə tapşırıq verildi

26-01-2016, 18:09
0
Avtobus sürücülərinə tapşırıq verildi
Bakı Beynəlxalq Avtovağzalı bölgələrə səfər edən nəqliyyat vasitələrinə sürətin azaldılmasına dair göstəriş verib.
 
Bu haqda Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev bildirib.
 
Onun sözlərinə görə, nəqliyyat vasitələrinə sürət həddini 60 km/saatı aşmamaq tapşırılıb.
 
Hazırda bölgələrə gedən yollarda hər hansı bir ciddi problemin olmadığını deyən M.Abdullayev əlavə edib ki, avtobusların gedişi və gəlişində gecikmə qeydə alınmayıb.
 
Növbə rəisi sərnişinlərin sayının da azaldığını vurğulayıb: "Ümumiyyətlə, qış mövsümündə sərnişinlərin sayında azalma müşahidə edilir".
скачать dle 12.1
Xəbər lenti