“Bakıda enerji təchizatında heç bir problem yoxdur” - Tanrıverdi Mustafayev

9-02-2016, 13:03
0
“Bakıda enerji təchizatında heç bir problem yoxdur” - Tanrıverdi Mustafayev
Bakının Binə qəsəbəsinin ərazisində gecə yarısından etibarən elektrik enerjisinin verilməsində fasilələr yaranıb. 
Musavat.org-un redaksiyasına bu barədə sakinlər məlumat veriblər.
 
Məsələ ilə bağlı məlumat almaq üçün “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxladıq. 
T.Mustafayev bildirdi ki, qeyd olunan ərazidə elektrik enerjisinin verilməsində heç bir problem yoxdur:“Hazırda xüsusi monitorun qarşısındayam. Dünəndən etibarən şəhərdə güclü külək olsa da, heç bir yerdə elektrik enerjisinin verilişində problem yoxdur. Hər yerdə normal şəkildə enerji təchizatı var. İlk zəngi sizdən alıram”.
скачать dle 12.1
Xəbər lenti