Heydər Əliyev adına Dərin Özüllər zavodunun keçmiş işçisi tərəfindən redaksiyamıza şikayət məktubu daxil oluhb. Məktubda prezidentə müraciət edən keçmiş işçi Arif Cavadov korrupsiyanı ifşa etdiyi, prezidenti dinlədiyi üçün işdən qovulduğunu bildirir.
qaynarxeber.org BakuTimes.info'ya istinadən məktubu olduğu kimi dərc edir.
"Cənab Prezident.
Sizə dəfələrlə yazmışam,amma deyəsən Sizə məktubumu çatdırmıllar.Təkrar yazıb üzləşdiyim problemi bir daha açıqlamaq istəyirəm.
2013 ildə seçki qabağı çıxışlarınızda korupsiya ilə mübarizədə vətəndaşların fəallıq göstərməsin dəfələrlə bildirmisiniz. Mən də sadəlövlik göstərib Sizə inandım və Dərin Özillər zavodunda fəaliyyət göstərən korupsioner qrupu ifşa etdim. Bundan sonra onların himayədarı İxtiyar Axundov və onun əlaltıları məni 25 il qüsursuz fəaliyyət göstərdiyim zavoddan qovdular.
Mən üç dövlət müşavirinin qəbulunda olub şikayət məktublarımı onlara təqdim etdim,xeyri olmadı. 49 dəfə Baç Prokurorluğa və onun yanında korupsiya ilə mebarizə idarəsinə yazdım. Yenə xeyri yoxdur.
Bəlkə mən məktublarımda cinayətkarların cəzalanmasın xaiş edirəm deyə məni eşidən yoxdur?
Cəzasız qalmaqları onların yüksək vəzifəli məmurlar tərəfindən himayədarlıq olunmasına sübutdur.
İndi bu belədirsə bəs onda sadə vətəndaşlara niyə müraciət edib onları işsiz qoyursuz?
Onlara deyəndə ki,Sizə yazacam cavabları o oldu ki, get kimə yazırsan yaz, gücün çatmıyacaq.
Bu cür harınlamış cinayətkarlar dövlətdə ağalıq etmələrinə səbəbkar kimdir?
Bir epizodda 2.000.000 $-lıq pul qazanan cinayətkar belə danışmalıdır. Çünki,cəzasız qalmasına və yeri gələndə haqqın verib canın qurtarmasına əmindir.
Əksinin sübutun Sizdən xahiş edirəm Cənab Prezident".