Maskalı şəxslər gömrük rəisinin evindən 5 milyon dollar apardı - MTN SİLAHLI BASQINLA BAĞLI ARAŞDIRMA APARIR
6-09-2015, 04:49
0
Maskalı şəxslər gömrük rəisinin evindən 5 milyon dollar apardı - MTN SİLAHLI BASQINLA BAĞLI ARAŞDIRMA APARIR
Tovuz rayonunun Cilovdarlı kəndində silahlı şəxslər Gömrük Komitəsinin yüksək vəzifəli şəxsin evinə basqın edib.
AzToday.az-ın əldə etdiyi məlumata görə, maskalı şəxslər evdə olan 5 milyon dollar və qızıl-zinyət əşyalarını aparıblar.
Hadisənin iyul ayının əvvəlində baş verdiyi, lakin basqınla baölı ictimaiyyətə məlumat verilmədiyi bildirilir. Silahlılar evə girəndə ilk olaraq müşahidə kameralarını söndürüb, evdə olan şəxslərin mobil rabitə vasitələrini götürürək, onlarda pulları tələb edib. Cinayət hadisəsindən həftələr keçməsinə baxmayaraq oğurluğun üstü açılmadığından Milli Təhlükəsizlik Nazirliyi də istintaqa cəlb edildiyi bildirilir.
Basqın olunan evin sahibinin Pərviz (soyadını dəqiqləşdirə bilmədik - red.) adlı şəxsdir. Onun Gömrük Komitəsinin qərb bölgəsi üzrə rəisi olduğu bildirilir.
Evdə saxlanılan 5 milyon manatın xaricdə satılan obyektlərin pulu olması bildirilir. Qeyri rəsmi məlumata görə, həmin məbləğ bankda hesaba qoyulmalıymış.
Başqa bir versiyada iddia olunur ki, oğurlanan pullar gömrükdə yığılan rüşvət olub. Və basqın edən maskalı şəxslər gömrük əməkdaşının evində 5 milyon dolların olması ilə bağlı dəqiq məlumatlı olublar. Maskalı şəxslərin basqın zamanı hüquq-mühafizə orqanları üüçün yetərli iz buraxmadığı bildirilir. Bu baxımdan ehtimal olunur ki, maskalı şəxslər peşəkar əməliyyatçılar olub.
Baş verən oğurluq hadisəsinin hakimiyyətin yüksək dairələrində müzakirə olunduğu və oğruların tapılmasına peşəkarların cəlb olunduğu da yayılan məlumatlar sırasındadır.
Hadisənin dəqiq təfərrüatlarını dəqiqləşdirməyə çalışırıq.
скачать dle 12.1