“Neftin bahalaşması üçün heç bir ciddi əsas görmürəm”

20-09-2016, 18:25
0
“Neftin bahalaşması üçün heç bir ciddi əsas görmürəm”

Yaxın gələcəkdə neftin qiymətində ciddi artım gözlənilmir, buna görə də Türkiyə aşağı qiymətlərlə xammal idxalını davam etdirəcək.

Bunu Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol “Anadolu” agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda neftin qiymətinə neqativ təsir edən əsas amil bazarda təklifin tələbi üstələməsidir.

“Neftin bahalaşması üçün heç bir ciddi əsas görmürəm. İlk növbədə ona görə ki, bazarda təklif olduqca yüksək olaraq qalır. Səudiyyə Ərəbistanı, İran, İraq kimi Yaxın Şərq ölkələri hasilatı artırmaqdadır. Bununla yanaşı, neft hasilatı ilə məşğul olan ölkələrin ciddi ehtiyatları mövcuddur. Odur ki, hətta 2017-ci ilin ikinci yarısında da neftin qiymətində ciddi artım gözlənilmir. Bu isə Türkiyə kimi tədiyyə balansında kəsiri olan ölkələr üçün yaxşı xəbərdir”, – deyə F. Birol qeyd edib.

скачать dle 12.1
Xəbər lenti