OPEK üzvlərinin sayı arta bilər

9-09-2015, 18:05
0
OPEK üzvlərinin sayı arta bilər
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) sıraları genişlənə bilər. Qurumun internet saytında yer alan məlumata əsasən, İndoneziya təşkilata yenidən üzv olmaq üçün rəsmi müraciət edib.
 
İndoneziyanın müraciətinə OPEK ölkələrinin dekabrda Vyanada keçiriləcək illik toplantısında baxılacaq. Müraciət müsbət cavablandırılacağı təqdirdə təşkilata üzv olan ölkələrin sayı 13-ə çatacaq.
 
Qeyd edək ki, 1962-ci ildə OPEK-ə üzv olan İndoneziya ölkədə neft hasilatının kəskin azalması və xərclərin yüksək olması səbəbi ilə 2009-cu ildə bu qurumda fəaliyyətini dayandırmışdı.
скачать dle 12.1
Xəbər lenti