Masazırda bəzi evlər sökülə bilər

14-09-2015, 17:30
0
Masazırda bəzi evlər sökülə bilər
Masazırın bəzi yerlərində tikilən evlərin altından sızan şist qazı bu ərazilərdə yaşayış üçün təhlükəlidir. Bununla belə, həmin yerlərdəki evlərin sökülüb-sökülməyəcəyi haqqında qərarı Nazirlər Kabineti qəbul edəcək. 
 
Bunu Dövlət Neft Şirkətinin Mətbuat katibi Nizaməddin Quliyev deyib. Onun sözlərinə görə, həmin ərazilərdə yoxlama davam etdirilir. Yekunlaşandan sonra isə həmin yoxlamanın nəticələri Nazirlər Kabinetinə təqdim ediləcək. "Yalnız bundan sonra hökumət o evlərin sökülüb-sökülməyəcəyi haqqında qərar qəbul edəcək", - deyə Nizaməddin Quliyev bildirib. 
 
Balaxanı, Binəqədi, Səbail və Masazırda enerji ehtiyatları yaşayış üçün təhlükə yaradır. 
 
Bir neçə gün əvvəl Ağdaşda verdiyi müsahibəsində Rövnəq Abdullayev Masazırda şist sızmasının bəzi yaşayış yerlərində həyat üçün təhlükə yaratdığını bildirib. O, neft və qazçıxarma mədənlərinin yaxınlığında qanunsuz yerləşən həmin evlərin qanunsuz tikildiyini qeyd edib. 
 
"Masazırın bəzi yerlərində yeraltı qrunt qaz sızmaları mövcuddur və ərazi yaşayış üçün təhlükəlidir. Baş nazirin müavini Abid Şərifovun rəhbərliyi ilə Fövqəladə Hallar Nazirliyi, ARDNŞ, AMEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri əraziyə bir neçə dəfə baxış keçirib, yoxlama işləri davam etdirilir", - deyə ARDNŞ-nin prezidenti bildirib. 
скачать dle 12.1
Xəbər lenti