“Coca-Cola" "Fanta"dan həşərat çıxmasına münasibət bildirdi

16-09-2015, 18:52
0
“Coca-Cola" "Fanta"dan həşərat çıxmasına münasibət bildirdi
"Azerbaijan Coca-Cola Bottlers" şirkəti bir neçə gün əvvəl "Fanta Orange" içkisində həşərat tapılmasına dair mətbuatda gedən yazılara münasibət bildirib.
Şirkətdən Lent.az-a verilən cavaba görə, "Azerbaijan Coca-Cola Bottlers"ə "Fanta Orange" butulkasında kənar maddənin tapılmasını iddia edən məlumat daxil olub: "İstehlakçıların rifahı "Coca-Cola" üçün birinci dərəcəli əhəmiyyət kəsb etdiyi üçün şirkət sözügedən məsələyə böyük diqqətlə və ciddiyyətlə yanaşır: "Azerbaijan Coca-Cola Bottlers" şirkəti əminliklə bildirir ki, "Fanta Orange" tam təhlükəsiz məhsuldur, onun tərkibi yüksək keyfiyyət standartlarına tam cavab verməklə yanaşı, müvafiq beynəlxalq və yerli qida təhlükəsizliyi qaydalarına uyğundur. Şirkət məsələ ilə bağlı araşdırmaya başlayıb. Araşdırma prosesi hazırda davam etdiyindən məsələ ilə bağlı hər hansı şərhin verilməsi və ya nəticələrin çıxarılması düzgün deyil".
Eyni zamanda, şirkət istehsal və keyfiyyət göstəricilərini yenidən tam şəkildə yoxlayıb: "Hər hansı pozuntu hallarının aşkarlanmadığını bildiririk. "Azerbaijan Coca-Cola Bottlers" şirkəti məsələni araşdırmaq üçün istehlakçı ilə əməkdaşlıq etməyə hazırdır".
Qeyd edək ki, bir neçə gün öncə bloqçu Barış Namazov "Coca-Cola Azərbaycan" şirkətini ifşa edən şəkillər paylaşıb. Bloqçu qeyd edib ki, sentyabrın 10-da Rəsulzadə qəsəbəsindəki marketdən 2 litrlik "Fanta" alıb və içində qara nöqtələrə rast gəlib.
"Dünəndən dəhşət içindəyəm. Coca-Cola şirkəti də buna izah verməlidir. Qarışqamı, ağcaqanadmı, həşəratmı? Dəhşət ondadır ki, biz daha çox Coca-Cola içirik və onun qara rəngində bu natəmizliyi görmürük.  Dəhşətə gəldim ki,  indiyədək içmədiyim zibillər qalmayıb..."
скачать dle 12.1
Xəbər lenti