Prezidentin müşavirini kim zəhərləyib?!

22-09-2015, 00:19
0
Prezidentin müşavirini kim zəhərləyib?!

İzlər Prezident Administrasiyasına aparır… və “boz kardinal”dan şübhələr var

Tarix, 25 iyun

İl, 2015-ci il

Məkan, Müdafiə Nazirliyi

Bu, ilk belə xəbər deyil. Azərbaycan siyasi elitasında ictimai-siyasi vəziyyətinə görə, ya da hakimiyyətdaxili qruplaşmaların ziddiyyətlərinin nəticəsi kimi, kimisə zəhərləmək və ortadan qaldırmaq haqqında artıq neçənci dəfədir ki, oxuyuruq. Amma bu oxuyacağınız xəbər insanın qanını donduran mahiyyətdədir. Biz analoji hadisələrdən də bəhs edəcəyik, amma indilik aldığımız bu mənhus xəbərdən bəhs etmək istəyirik.

Deməli, hadisə vaqe olur Müdafiə Nazirliyinin qərargahında. Güman ki, nazirliyin yuxarı çinli məmurlarının yemək yediyi zalda.

İyun ayının 26-da Milli Ordu günü münasibətilə keçiriləcək tədbirlər öncəsi bir yerə toplanan və tədbirdən çıxan generalitet süfrə ətrafında oturur və günü qeyd edirlər. Çox vaxt keçmir ki, qəfildən prezident İlham Əliyevin hərbi məsələlər üzrə müşaviri Vahid Əliyev rahatsızlanır və ayağa qalxır. Dərhal müdaxilə etmək istəyirlər. Vahid Əliyev özündə güc taparaq burada ona müdaxilə olunmasına qəti etiraz edir və son olaraq bunları söyləyə bilir:

Məni Milli Təhlükəsizlik Nazirliyinin hospitalına çatdırın”

Etibarlılığı şübhə doğurmayan mənbənin sözlərinə görə, general Vahid Əliyev bu sözləri söyləyən kimi özündən gedir və onu dərhal Milli Təhlükəsizlik Nazirliyinin hospitalına çatdırırlar. Bu, çox önəmlidir. Mənbə beləcə də deyir: “Vahid Əliyev özünü itirmədən nələr baş verdiyini təxmin edir və hamının eşidə biləcəyi səslə “Məni Milli Təhlükəsizlik Nazirliyinin hospitalına çatdırın” deyir. O, belə müraciət etməsəydi, nələr baş verəcəyini təxmin etmək elə də çətin olmazdı.”

Milli Təhlükəsizlik naziri Prezidentə təcili məruzə edir

General Vahid Əliyev MTN-in hospitalına gətiriləndə tam koma vəziyyətində olur. İlkin müdaxilə heç bir nəticə vermir. Məsələ qəlizləşir. Həkimlərin ilkin diaqnozu da qorxulu olayların anonsunu verir: “Zəhərlənmə var, amma bu zəhərlənmə qidadan deyil!”

İşlərin cığırından çıxmaq üzrə olduğunu görən Eldar Mahmudov məcburiyyət qarşısında qalaraq birbaşa prezident İlham Əliyevə durumu məruzə edir. Prezident baş verənlərdən təəssüflənir və qəti tapşırıq verir: “Məsələ tam araşdırılsın və məruzə edilsin!”

Köməyə İsrail çatır…

Bundan sonra Vahid Əliyevi elə həmin gün İsrailə götürürlər. Azərbaycan hakimiyyətinin ali elitası bir-birinə dəyir və ilkin versiyalar səsləndirilməyə başlanır. Axı Müdafiə Nazirliyində prezidentin yaxın adamı və müşavirini kim zəhərləyə bilər? Hələ bunun yeməkdən olmadığı da qafaları əməlli-başlı qarışdırır. Deməli, zəhərlənmə yeməkdən olmayıbsa, o zaman kənardan gətirilib və məhz Vahid Əliyevin yeməyinə qatılıb. O zaman haqlı və təbii bir sual meydana çıxır: “Kimdir, hansı gücdür Azərbaycan Müdafiə Nazirliyinin içinə qədər girib orada zəhərlənmə və dolayısı ilə qətl hadisəsi törətməyə təşəbbüs edən? Kimdir bu qurd ürəyi yeyən?”

Zakir Həsənov kimin adamıdır?

65882

Qədim Roma hüququnda klassik bir soru vardı. Hadisə baş verən kimi sorardılar: “Bu hadisə kimə xeyir gətirir?” O zaman bu sual burada da yerinə düşür – Vahid Əliyevi ortadan götürmək kimə xeyirdir? Və təbii ki, özəl informasiya daşıyıcılarının arasında Prezident Administrasiyasının ehtimal olunan rəhbərləri arasında Vahid Əliyevin də adının sıx-sıx çəkilməsi, olayın rəngini daha da tündləşdirir. Bu əməliyyatın Müdafiə Nazirıiyində təşkil edilməsi isə həm də başqa bir məqsədə xidmət edə bilərdi. Axı, hər kəsə bəllidir ki, indiki müdafiə naziri məhz, general Vahid Əliyevin israrlı himayədarlığı ilə bu vəzifəyə təyin edilib.

Bu arada İsraildə gərgin müdaxilələrdən sonra Vahid Əliyev komadan çıxır və 3-4 günə özünə gəlir. Onun İsraildə müalicəsi o qədər çəkmir. Olayları daha da böyütmədən generalı Vətənə gətirirlər. İsrail həkimlərinin gəldiyi qənaət də birmənalı olur: “Zəhər kənardan gətirilib və yeməyə qatılıb.”

Prezident hadisənin kim tərəfindən törədildiyini bilir

Vahid Əliyevin təxminən 1 ay müddətinə tam sağaldığı haqqında mənbə məlumat verir, amma hadisənin sonluğunu da belə təsvir edir: “Həmin qruplaşma da məsuliyyət daşıyır. MTN-in və digər özəl qrupların araşdırmalarının nəticəsində məlum olur ki, bu zəhərlənmə əməliyyatına milyonlarla vəsait xərclənib. Hətta ən incə detallara qədər məlumatlar toplanıb və prezidentə məruzə olunub. İndi prezident İlham Əliyev gözəl bilir ki, onun ən yaxınında yerləşən adamını kim, nə üçün zəhərləməyə təşəbbüs göstərib. Bu hadisəni kim planlaşdırıb, pullar haradan təmin olunub və sifarişi kim verib. Bütün izlər məbədə və “Kardinal”a aparır. Prezident də uyğun zaman gözləyir. Böyük hadisələr olacaq.”

Bahalı zəhərlənmələri kim təşkil edir?

Yazının girişində bu haqda bəhs etmişdik. Azərbaycan cəmiyyəti zəhərlənmə haqqında ilk “komplo teoriləri”ni Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin açıqlamaları və yaydığı kasetlərdən öyrənmişdi. Sabiq deputat Gülər Əhmədovanın vasitəçi qısmində istifadə etdiyi mərhumə Sevinc Babayevanın oğlu Ayxan Məmmədov da anasının hansısa çox bahalı zəhərlərlə zəhərləndirildiyini iddia edirdi. Sevinc Babayeva özü də bu haqda iddialar irəli sürdü və İstanbulda müəmmalı şəkildə dünyasını dəyişdi. Bundan sonra Elşad Abdullayev daha başqa zəhərləndirilmə hadisələrindən bəhs etdi və maraqlıdır ki, ssenari burada da tam uyğun gəlir. Generalı zəhərləndirmək də eyni qruplaşma və eyni ssenari ilə baş verir. Bu dəfə prezidentin necə deyərlər, düz qulağının dibində.

İndi onu gözləmək qalır ki, bu hadisəni cəmiyyətə necə açıqlayacaqlar? Açıqlayacaqlarmı? Sifarişçilərin (ya da sifarişçinin) cəzaları nə zaman veriləcək? Veriləcəkmi?

Görünən dağa nə bələdçi…

Gözləyək…

 

azerbaycansaati.tv

скачать dle 12.1
Xəbər lenti