Putin Trampın xüsusi elçisi ilə görüşdü
12-04-2025, 03:21
22
Putin Trampın xüsusi elçisi ilə görüşdü
ABŞ prezidentinin xüsusi elçisi
Stiven Uitkoff Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Onların görüşü dörd saatdan çox davam edib.
Ağ evin sözçüsü
Kerolayn Livitt brifinqdə deyib ki, Uitkoffun Rusiyaya səfəri sülhə doğru daha bir addımdır.
"Axios" nəşri yazır: Donald Tramp Ukraynaya qarşı müharibə ilə bağlı Moskva ilə danışıqlarda irəliləyişin olmamasından narazıdır, Uitkoffu Rusiyaya buna görə göndərib.
Bu, Trampın ABŞ prezidenti vəzifəsinə başlamasından sonra Putin və Uitkoffun üçüncü görüşüdür.
Putinlə görüşməzdən əvvəl Uitkoff Rusiya prezidentinin xarici ölkələrlə əməkdaşlıq üzrə nümayəndəsi
Kirill Dmitriyevlə danışıqlar aparıb. Bu, son bir neçə gündə nümayəndələr arasında ikinci görüş idi. İlk danışıqlar ötən həftə Vaşinqtonda baş tutub.
"Reuters"in mənbələrinin bildirdiyinə görə, Dmitriyevlə ilk görüşdən sonra
Uitkoff Trampa deyib ki,
sülhə nail olmağın ən qısa yolu Kiyevin Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini Rusiyaya güzəştə getməsidir. Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi
Kit Kelloq Uitkoffu dəstəkləməyib. Məlumata görə, Kelloq Trampa deyib ki, "Ukrayna bu ərazilərlə bağlı bəzi şərtləri müzakirə etməyə hazır olsa da, bu bölgələrə nəzarəti birtərəfli qaydada tamamilə Rusiyaya verməyə heç vaxt razı olmayacaq".
скачать dle 12.1