Tramp 'həftənin sonunadək' Moskvadan cavab gözləyir. Nebenzya bunu 'qeyri-real' sayır
18-04-2025, 14:05
33
Tramp 'həftənin sonunadək' Moskvadan cavab gözləyir. Nebenzya bunu 'qeyri-real' sayır
ABŞ prezidenti
Donald Tramp deyib ki, həftənin sonunacan Ukraynada hərbi əməliyyatların dayandırılması ilə bağlı Moskvadan cavab gözləyir. O, Ağ evdə İtaliyanın baş naziri Corca Meloni ilə görüşdən sonra belə bir açıqlama verib.
Trampdan soruşublar ki, Rusiyanın atəşkəsə hazır olması, gərəkirsə, ona qarşı sanksiyaların gücləndirilməsinə nə zaman qərar verəcək.
"Görək, nə olacaq. Bu həftə onlardan cavab alacağıq, tezliklə görəcəyik", – Tramp söyləyib.
Bundan az sonra Rusiyanın BMT-dəki təmsilçisi
Vasili Nebenzya jurnalistlərə deyib ki, Ukraynada atəşin dayandırılması "real deyil".
"Enerji infrastrukturuna münasibətdə atəşin məhdudlaşdırılmasına cəhd elədik, amma Ukrayna tərəfi buna əməl etmədi. Belə bir şəraitdə indiki mərhələdə atəşin dayandırılmasından danışmaq, sadəcə, real deyil", – o bildirib.
"Bloomberg" isə öz mənbələrinə istinadla yazır ki, aprelin 17-də Parisdə avropalı müttəfiqlərlə görüşdə ABŞ təmsilçiləri Ukraynada bir neçə həftəyə tam atəşkəsə nail olmaq istəyini ifadə ediblər və deyiblər ki, "tezliklə bu məsələdə əhəmiyyətli irəliləyiş gözləyirlər".
ABŞ dövlət katibi
Marko Rubio bildirib ki, Vaşinqton "yaxın həftələrdə deyil, günlərdə" Ukraynada müharibənin bitirilməsi üzrə danışıqlarda nəticələr gözləyir.
"Prezidentin ilk 100 gününün, demək olar, hamısı burada sülhə nail olmaqdan ötrü yüksək səviyyəli səylərə həsr olunub. Bu, baş verərsə, kömək etmək istəyirik. Amma baş verməyəcəksə, bunu indi bilməliyik. Bizim məşğul olmalı olduğumuz başqa şeylər də var", – Rubio Parisi tərk etməmişdən deyib.
Aprelin 17-də Parisdə Ukrayna, ABŞ, Fransa, Böyük Britaniya və Almaniyanın iştirakı ilə danışıqlar keçirilib.
скачать dle 12.1