Rusiya Suriyada kəşfiyyat uçuşlarına başlayıb

22-09-2015, 18:10
0
Rusiya Suriyada kəşfiyyat uçuşlarına başlayıb
Suriyadakı hərbi varlığını son günlərdə artırdığı xəbərləri gələn Rusiya daha bir addım atıb. "Reuters" xəbər agentliyinə danışan ABŞ rəsmiləri Rusiyanın Suriyadakı hərbi mövcudluğunu artırmasından bu yana ilk dəfə hərbi kəşfiyyat uçuşları həyata keçirdiyini bildirib.
 
Bu ana qədər neçə Rusiya pilotsuzunun əməliyyatlara qoşulduğu barədə isə dəqiq məlumat yoxdur. "Reuters"in xəbərində "Pentaqon (ABŞ Müdafiə Nazirliyi) məsələyə dair şərh verməyib" deyilir.
 
Suriya XİN rəhbəri Vəlid Müəllim isə İŞİD və əl-Nusra Cəbhəsi kimi terror təşkilatlarları ilə mübarizədə Rusiyanın verdiyi dəstəyin yeni bir vəziyyət olduğunu, Moskvanın əməliyyatlarda iştirak etməsi vəziyyətində isə Suriya üzərində qurulan bütün planların alt-üst olacağını deyib.
скачать dle 12.1
Xəbər lenti