Həmas öldürülən tələbə qız üçün intiqam çağırışı etdi

23-09-2015, 18:03
0
Həmas öldürülən tələbə qız üçün intiqam çağırışı etdi
Həmas İsrail rejimi əsgərləri tərəfindən qətlə yetirilən tələbə qız üçün intiqam istəyib.
 
 
 Bununla bağlı yayılan açıqlamada deyilir ki, Hədil Əl-Həşləmunun qanı boşa getməyəcək və fələstinliləri hər yerdə hədəfə alan oğru, işğalçı İsraildən intiqam alınması zəruridir: "İşğalçının cinayətlərini dayandıracaq və işğalçılıqdan daşındıracaq yeganə şey müqavimət silahıdır. Fələstində fələstinlilərə qarşı yönəldilən heç bir silah, nə xalqı, nə onun prinsiplərini və nə də milli sabitliyi təmsil etmir. O silahlar işğalçıların xalqımıza qarşı təcavüzünə birbaşa xidmət edir".
 
Xatırladaq ki, İsrail əsgərləri dünən səhər Xəlil şəhərindəki Əş-Şühəda prospektinin girişində yerləşən hərbi nəzarət nöqtəsində 18 yaşlı Hədil Əl-Həşləmundan üzünü açmasını tələb ediblər. Qız etiraz etdikdə isə onu güllələyiblər.
скачать dle 12.1
Xəbər lenti