Misirdə 100 siyasi məhbus əfv edilib

24-09-2015, 19:29
0
Misirdə 100 siyasi məhbus əfv edilib
Misir prezidenti Əbdülfəttah əs-Sisinin fərmanı ilə 100 məhbus əfv edilib. Faktxeber.org xəbər verir ki, onların sırasında 16 qadın, “Əl-Cəzirə” telekanalının üç jurnalisti, məşhur şair Ömər Xazek, fəal hüquq müdafiəçisi Piter Cəlal da var.
 

 

Amnistiyaya düşənlərin əksəriyyəti nümayiş və icazəsiz mitinqlərdə iştirak etdiklərinə görə ittiham olunanlardır. Onların bir hissəsi səhhətinə görə və humanist səbəblərdən əfv edilib.
скачать dle 12.1
Xəbər lenti