Obama Putinin görüş xahişini qəbul etdi

25-09-2015, 17:04
0
Obama Putinin görüş xahişini qəbul etdi

Rusiya Prezidenti Vladimir Putin gələn bazar ertəsi Nyu Yorkda ABŞ Prezidenti Barak Obama ilə görüşəcək.  Bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.

Peskov jurnalistlərə bildirib ki, görüş Putinin Yaponiya baş naziri Şinzo Abe ilə görüşündən sonra baş tutacaq.

Hər üç lider gələn həftə BMT Baş Assambleyasının toplantısında iştirak edəcək.  Putin assambleyada nitq söyləməyi planlaşdırır.

Obama və putin sonuncu dəfə 2014-cü ilin noyabrında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində görüşmüşdülər.

Ağ Ev-in mətbuat katibi Coş Ernest isə jurnalistlərlə söhbəti zamanı prezidentlərin görüşünün rəsmi Kremlin xahişi əsasında reallaşacağını bildirib.

скачать dle 12.1
Xəbər lenti