Rusiya prezidenti Vladimir Putin ABŞ-ın CBS kanalına geniş müsahibə verib.
Müsahibə zamanı Putin amerikalıların yaradıcılıq qabiliyyətinə valeh olduğunu, bu ölkədəki prosesləri yaxından izlədiyini bildirib. Putin eyni zamanda, ona “çar” deyilməsini qəbul etmədiyini də bildirib.
“Amerikalılarda Putinin xoşuna gələn nədir” sualına cavab olaraq Putin bildirib:
“Onların problemlərin həllinə yaradıcı yanaşması, açıqlıq və sərbəstliyi adamı heyrətə gətirir”.
Putin daha sonra qeyd edir ki, amerikalıların azad və sərbəst davranışı adamların daxili potensialının geniş şəkildə üzə çıxmasına səbəb olur. Putin hesab edir ki, məhz buna görə də Amerika heyrətamiz uğurlar qazanıb. Putin, ABŞ-ın dünyada baş verən proseslərə cox ciddi təsir imkanlarının olduğunu da etiraf edib:
“ABŞ dünyadakı proseslərə çox ciddi təsir imkanları olan dövlətdir”.
“Özünüzü çar hesab edirsizmi” sualına cavabında Putin, bu yanaşma ilə razı olmadığını bildirib.