Kerri və Zərif Suriyanı müzakirə ediblər

27-09-2015, 18:49
0
Kerri və Zərif Suriyanı müzakirə ediblər

ABŞ dövlət katibi Conn Kerri İranın xarici işlər naziri Mohammad Cavad Zəriflə görüşdə Suriya münaqişəsinin çözümünə ümid etdiyini bildirib.

ABŞ dövlət katibi Con Kerry İranın xarici işlər naziri Mohammad Cavad Zərif-lə BMT Baş Assambleyasının kuluarlarında baş tutmuş görüşdə Suriya münaqişəsinin çözümünə ümid etdiyini bildirib.

Qərb rəsmiləri bildirirlər ki, Kerri Suriya münaqişəsinin diplomatik yollarla çözümü üçün yeni təşəbbüs üzərində işləyir.

O, bu münaqişənin çözümündə Suriya prezidentini dəstəkləyən Rusiya ilə yanaşı İranın da iştirakını mümkün sayır.

Hələlik bu tənzimləmədə Tehranın nə rol oynayacağı tam bəlli deyildir.

ABŞ son vaxtlaradək Bəşər Əsədin hakimiyyətdən getməsini tələb etsə də, hazırda onun keçid dövrü üçün postunda qalmasını mümkün sayır.

Dövlət katibi iranlı həmkarı ilə söhbətində Yəməndəki münaqişə məsələsinə də toxunub.

Diplomatlar bildirirlər ki, ABŞ İranın Assad-ın başqa bir ələvi prezidentlə əvəz edilməsinə müsbət baxa biləcəyini istisna etmir.

Kerri Zərifi həmçinin İranda həbsdə olan və itkin sayılan ABŞ vətəndaşları ilə bağlı problemin həllinə çağırıb. 

скачать dle 12.1
Xəbər lenti