Yəməndə toy mərasiminə hücum zamanı 130-dan çox insan həlak olub

29-09-2015, 19:50
0
Yəməndə toy mərasiminə hücum zamanı 130-dan çox insan həlak olub
Yəmənin Qırmızı Dənizin sahilində yerləşən liman şəhəri Mohada ərəb ölkələri koalisiyasının hücumları nəticəsində azı 131 nəfər həlak olub.
 
Koalisiya təyyarələri iki toy çadırına  bir neçə raket hücumu edib. Çadırlardan biri qadınlar üçün nəzərdə tutulmuşdu.
 
Yəmən hökuməti aviazərbələrin səhvən baş verdiyini və hədəfin qiyamçı husilərin mövqeləri olduğunu bildirib.
скачать dle 12.1
Xəbər lenti