Dünya əhalisinin yarısı bu 5 ölkədə yaşayır

2-10-2015, 16:33
0
Dünya əhalisinin yarısı bu 5 ölkədə yaşayır
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu və Dünya Bankı göstəricilərində qeyd edilib ki, 1960-cı ildə təxminən 3 milyard olan dünya əhalisi, 1970 ildə 3,7 milyarda, 1980-ci ildə 4,4 milyarda, 1990-cı ildə 5,3 milyarda, 2000-ci ildə 6,1 milyarda, 2010-cu ildə 6,9 milyard nəfərə çatıb.
 

Buna da baxın

İsrail 300 min fələstinliyə illərdir pasport vermir

 

Bu il isə 7,3 milyard nəfəri keçdiyi təxmin edilən dünya əhalisinin 2050-ci ildə 9 milyarda çatacağı proqnozlaşdırılır.
 
Məlumatlara görə, 194 ölkə içində dünyanın ən böyük ölkəsi 1 milyard 366 milyon 630 min insanın yaşadığı Çin Xalq Respublikasıdır. Dünya əhalisinin təxminən 20 faizini təşkil edən Çin, əhali baxımından Azərbaycandan təxminən 151 dəfə böyükdür.
 
Ən böyük əhaliyə malik ikinci ölkə isə 1 milyard 251 milyon 695 min 584 nəfərlik əhaliyə malik Hindistandır. Hindistan bu sayla dünya əhalisinin 17,4 faizini təşkil edir.
 
Əhalinin çoxluğu baxımından üçüncü sırada olan və dünya əhalisinin 4,4 faizini təşkil edən ABŞ-da 321 milyon 362 min 789 nəfər yaşayır. ABŞ-ı 255 milyon 993 min 674 nəfərlik əhaliyə malik İndoneziya və 204 milyon 259 min 812 nəfərlik əhaliyə malik Braziliya izləyir.
 
Çin, Hindistan, ABŞ, İndoneziya və Braziliyanın ümumi əhalisi dünya əhalisinin 47 faizinə bərabərdir.
 
Əhalinin sayı baxımından dünyanın 6-cı böyük ölkəsi təxminən 199 milyon nəfərlik əhaliyə malik Pakistandır. Pakistanı 181,6 milyon nəfərlik əhali ilə Nigeriya, 169 milyon nəfərlik əhali ilə Banqladeş izləyir.
 
Rusiya 141,5 milyon nəfərlik əhali ilə dünyanın 9-cu böyük ölkəsidir. Ən çox insanın yaşadığı 10-cu ölkə isə 126,9 milyon nəfərlik əhali ilə Yaponiyadır.
 
Bu ölkəni 121,7 milyon nəfərlə Meksika, 109,6 milyon nəfərlə Filippin, 99,5 milyon nəfərlə Efiopiya, 91,3 milyon nəfərlə Vyetnam, 88,5 milyon nəfərlə Misir, 80,3 milyon nəfərlə Almaniya və 80 milyon nəfərlə İran izləyir.
скачать dle 12.1
Xəbər lenti