Suriyada 700 döyüşçü Əsədə təslim oldu

4-10-2015, 19:31
0
Suriyada 700 döyüşçü Əsədə təslim oldu

Son bir neçə gündə Suriyada müxalif cəbhədə vuruşan 700-ə yaxın döyüşçü hökumət qüvvələrinə təslim olub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Məlumata görə, təslim olan döyüşçülər hökumətə qarşı Suriyanın cənubundakı Dəra əyalətində savaşırdı. Təslim olarkən onların üzərində xeyli sayda silah-sursat da olub.

Bundan əvvəl də Rusiya tərəfindən məlumat verilmişdi ki, 600-ə yaxın döyüşçü nəzarət etdikləri rayonları tərk edərək Avropaya yollanır.

Rusiya Suriyada hərbi əməliyyatlara sentyabrın 30-da başlayıb. Suriya müxalifəti rus qırıcılarının İŞİD-i yox, onların düşərgələrini və dinc sakinləri bombaladığını bildirir.

ABŞ və Fransa da hesab edir ki, aviazərbələr İŞİD-ə istiqamətlənmir. Rusiya xarici işlər naziri Sergey Lavrov isə Vaşinqtondan bu iddianı təsdiqləyəcək sübut istəyir.

скачать dle 12.1
Xəbər lenti