İsraildə qatilə ağlasığmaz cəza - 6 ay qətl yerinə getməmək

3-09-2015, 18:46
0
İsraildə qatilə ağlasığmaz cəza - 6 ay qətl yerinə getməmək

İsraildə fələstinlilərə qarşı növbəti mübahisəli qərar qəbul olunub. Maraqlıdır ki, bu skandal qərara imza atan hansısa mühafizəkar siyasətçi yox, İsrailin hüquq sistemidir.

Strateq.az-ın məlumatına görə, dünən İsrail məhkəməsi bir yəhudini 3 ay ev dustaqlığı və 6 ay Qərbi Şəriəyə getməmək cəzasına məhkum edib. Bu qədər gülməli cəzaya layiq görülən adam bir yəhudi köçkünüdür və o, iki fələstinlinin ölümündə ittiham olunur.

Bildirilir ki, həmin yəhudi köçkünü qanunsuz məskunlaşdığı Nablus şəhərində fələstinlilərə qarşı üsyanda iştirak edib. Nəticədə yandırdığı evdə 2 nəfərin ölümünə yol açıb. İsrailin hərbi radiosunun məlumatına görə, qatilin cinayəti nəticəsində Duma qəsəbəsindəki həmin evdə yaşayan ailənin bütün üzvləri zərər çəkib. Ana və dordyaşlı böyük övlad yanğından yaralanaraq xilas olsa da, ailənin başçısı 31 yaşlı Səad Devabişe və 18 aylıq Əli yanaraq ölüb.

Məhkəmə faicədə iştirak edən 22 nəfəri müttəhimlər kürsüsündə oturdub. Onlardan 21 müxtəlif qınama cəzalarına layiq görülsə də, ən ağır cəza yuxarıda bəhs etdiyimiz yəhudi köçkününə kəsilib.

скачать dle 12.1
Xəbər lenti