Banqlpadeşin paytaxtı Dəkkədə şiə məscidində terror aktı nəticəsində 100-dən artıq insan yaralanıb və 12 yaşlı uşaq həlak olub.
Bildirilir ki, Huseyni Dalan məscidində Aşura mərasimi üçün insanlar toplaşmağa başlarkən naməlum şəxslər içəri əldə qayırma bomba atıblar. Yaralılara tibbi yardım göstərilir.
Hələ ki, heç bir qrup terrorda məsuliyyəti öz üzərinə götürməyib.
Yaralılar arasçında qadınlar və uşaqlar da var.



.jpg)