“Lebanonfiles.org”a istinadən verdiyi məlumata görə, Beyrut hava limanının təhlükəsizlik xidməti özü ilə 2 tona yaxın narkotik maddə daşıyan Səudiyyə şahzadəsini həbs edib.
Öz şəxsi təyyarəsi ilə Livana uçan Ərəbistan kralının qardaşı oğlu Əbdülmöhsin bin Vəlid bin Əbdüləziz, 24 kisə və 8 çamadanda yerləşdiyi 1900 kiloqram həcmində olan narkotik maddəni bu ölkəyə keçirməyə çalışıb.
Onunla birgə Bəndər bin Saleh Əl-Şərari, Yəhya bin Şaim Əl-Şimri, Ziyad bin Səmir Əl-Həkim və Mubarək bin Əli Əl-Harisi adlı daha dörd nəfər saxlanılıb.
Səud şahzadəsinin bu həcmdə narkotik maddəni hansı məqsədlə Livana keçirdiyi hələ ki, məlum deyil.