İraqda bir çox cinayətləri ilə ad çıxarmış Amerikanın Blak Vater şirkətinin döyüşçüləri Səudiyyə muzdluları kimi Yəmənə döyüşə gedəcək.
Bu haqda Kolumbiyanın “Colombiareports.org” saytı məlumat yayıb. Məlumatda qeyd olunur ki, ABŞ-ın Blak Vater şirkəti tərəfindən xüsusi təlim alan 800 nəfərdən ibarət kolumbuyalı noyabr ayında Yəmənə döyüşə yollanacaqlar. Onların məqsədi Paytaxt Sənanı Yəmən ordusu və xalq könüllülərinin əlindən almaqdır.
Yəməndə xalq inqilabının başında duranlar ABŞ, İsrail və Səudiyyə rejiminə müxalif olduqları üçün bu gün bu ölkəyə qarşı olmazın cinayətlər törədilməkdədir. Amerika dəstəyi ilə totalitar ərəb rejimləri güya Yəməndə “qanuni hökumət” qurmaq fikrindədirlər. Təəssüflər olsun ki, bu gün ABŞ-ın bir orqanına çevrilən BMT-də dünyadakı cinayətkarları dolayısı ilə dəstəkləməkdədir.