Səudiyyə şahzadəsi Yəmənin onlarla tarixi antik əşyasını oğurlatdırıb

29-10-2015, 12:37
0
Səudiyyə şahzadəsi Yəmənin onlarla tarixi antik əşyasını oğurlatdırıb
Səudiyyə şahzadəsi Əbdüləziz Bin Fəhd Ali-Səud Yəmənin antik əşyalarını oğurlayaraq, Londonda aparıb. Ərəb mediasının məlumatına görə, ona bu işdə fərari prezident Əbd Rəbbə Mənsur Hadi köməklik göstərir. Belə ki, fərari prezidentin adamları antik əşyaları Yəməndən çıxararaq ərəb şahzadəsinə çatdırır, o isə öz növbəsində bu əşyaları Londonda xərraca çıxardır.
 
İndiyə qədər 63 belə əşyanın oğurlandığı bildirilir.
 
Tarixi əşyaların Marib vilayətinə aid olduğunu söyləyən Yəmən Xalq Konqresi Partiyasının rəsmisi onların milyonlarla dollar dəyərində olduğunu deyib. Qurum həmçinin Ərəbistanın ölkəyə hücumlarının dayandırılması və qaçaqmalçılığın qarşısının alınması üçün beynəlxalq aləmə müraciət edib.
скачать dle 12.1
Xəbər lenti