ATƏT və AŞPA Türkiyədə seçkiöncəsi vəziyyəti ədalətsiz adlandırdı - VİDEO

3-11-2015, 22:52
0
ATƏT və AŞPA Türkiyədə seçkiöncəsi vəziyyəti ədalətsiz adlandırdı - VİDEO
Türkiyədə ümumxalq parlament seçkilərini və seçki kampaniyasınını keçirilmə vəziyyətini sərt şəkildə tənqid ediblər. Xatırladaq ki, hakim AK Partiyası Parlamentdəki səs çoxluğunu özünə qaytara bilib. Lakin ATƏT nümayəndələri seçki öncəsində baş verən bir sıra proseslərin namizədlərin kampaniya aparmasına mane olduğunu xüsusi vurğulayıblar.
 
AŞPA üzvü Andres Qross isə öz fikirlərini daha sərt şəkildə bəyan edib: «Təəsüflə etiraf etməliyik ki, bütün seçki kampaniyası ədalətsiz şəkildə, güc tətbiqi və qorxu atmosferi altında  keçirilib. Qorxu isə demokratiyanın və seçki azadlığının düşmənidir».
 
Seçkilərin nəticələri elan olunduqdan sonra kürdlərin üstünlük təşkil etdikləri Diyarbəkirdə polis etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
 
Qərbli müşahidəçilər həmçinin  mətbuata qarşı artan təzyiqləri də sərt şəkildə tənqid ediblər.
 
 
Xatırladaq ki, ötən həftə polis hökuməti sərt şəkildə tənqid edən «Koza-İpək» mediaqrupunun ofisində reydlər aparmışdı. Nəticədə kompaniyaya yeni rəhbər təyin olunmuşdu.
скачать dle 12.1
Xəbər lenti