İraqın tanınmış simalarından sayılan Əhməd Çələbi vəfat edib

3-11-2015, 22:54
0
İraqın tanınmış simalarından sayılan Əhməd Çələbi vəfat edib

 İraq prezidenti və baş nazirin birinci müavini vəzifələrində çalışmış, bu ölkədə və eləcə də beynəlxalq siyasi arenada kifayət qədər tanınmış şəxsiyyətlərdən olan Əhməd Çələbi 70 yaşında ürək çatışmazlığından həyatını itirib.

Əhməd Çələbi, Səddam Hüseyn dönəmində ona qarşı ən müxalif simalardan hesab olunurdu. Səddam devrildikdən sonra o, bir ay, yənin 2003-cü ilin sentyabr ayının əvvəlindən sonuna qədər İraq keçid hökumətinin prezidenti səlahiyyətini icra etmişdi.

2005-2006-cı illər də İraq baş nazirnin birinci müavini, daha sonra isə İraqın neft naziri vəzifəsində çalışmışdı.

скачать dle 12.1
Xəbər lenti