30 yaşlı əfqan mühacir xanım Kanadada nazir oldu

5-11-2015, 17:13
0
30 yaşlı əfqan mühacir xanım Kanadada nazir oldu

 Kanadanın yeni baş naziri Jastin Trudeo (Justin Trudeau) bu gün and içib.

Yeni hökumətdə 31 nazirdən 14-ü qadındır. Nazirlərdən biri isə əslən Əfqanıstandan olan, 1996-cı ildə Kanadaya mühacirət edən 30 yaşlı xanım Məryəm Münsifdir.

1985-ci ildə Əfqanıstanın Hərat şəhərində dünyaya göz açmış xanım Məryəm Münsif, 1996-cı ildə Talibanın bu ölkəni işğal etməsindən sonra əvvəlcə İrana, daha sonra isə Kanadaya mühacirət edir.

1996-cı ildə o, 11 yaşında olarkən iki bacı və bir də anası ilə Kanadaya gedib.

скачать dle 12.1
Xəbər lenti