AN12-nin komandiri torpaqlarımızın işğalı zamanı ermənilərə kömək edib
6-11-2015, 15:35
0
AN12-nin komandiri torpaqlarımızın işğalı zamanı ermənilərə kömək edib
Cənubi Sudanda qəzaya uğrayan "An-12" yük təyyarəsinin komandiri, Ermənistan vətəndaşı Gevorq Tovmasyan Azərbaycan torpaqlarının işğalı zamanı ermənilərə yardım edib.
Bu haqda Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, Gevorq Tovmasyan helikopterlə Dağlıq Qarabağdan yaralı erməniləri daşıyıb, onlara dava-dərman çatdırıb. Xəbərdə bildirilib ki, o, Əfqanıstanda keçmiş sovet qoşunlarının tərkibində xidmət edib.
Qeyd edək ki, Cənubi Sudanda qəzaya uğrayan "An-12" yük təyyarəsi Ermənistanın "Ala İnternational Ltd" şirkətinə məxsusdur. Onun göyərtəsində 18 nəfər, o cümlədən 6 pilot olub. Qəza nəticəsində ölən 6 ekipaj üzvündən 5-i Ermənistan, biri isə Rusiya vətəndaşıdır. Təyyarə yaşayış evinin üstünə düşdüyündən qəza nəticəsində 50-dən çox insan həyatını itirib.
скачать dle 12.1