Təbriz Universitetinin tələbələri etiraz etdilər
10-11-2015, 22:52
0
Təbriz Universitetinin tələbələri etiraz etdilər
Təbriz Universitetinin tələbələri "Kanal 2" televiziyasında yayılan "Fitile" uşaq proqramında yaşanan olayla bağlı etiraz aksiyası keçiriblər.
Müxtəlif tələbə fraksiyaların iştirakı ilə keçirilən aksiyada İran Teleradio Şirkətində yol verilmiş xoşagəlməz hadisə ilə bağlı dərhal tədbir görülməsi istənilib.
Tələbələr ölkədə milli birliyi poza biləcək istənilən amilin qarşını almaq üçün bu hadisəyə qanuni və ciddi reaksiya verilməsini istəyiblər.
Tələbələr əllərində "Yaşasın Azərbaycan, yaşasın İran" şüraları qaldırıblar.
Qeyd edək ki, baş vermiş olaydan sonra "Kanal 2" televiziyasında yayımlanan verilişin yayımı dayandırılıb, aktyorlar və televiziyanın məhsul işçiləri cəzalandırılıblar.
скачать dle 12.1