PKK minaatanla xəstəxananı vurdu
10-11-2015, 22:53
0
PKK minaatanla xəstəxananı vurdu
PKK terror təşkilatı Cizrə Dövlət Xəstəxanasına minaatanla hücum təşkil edib. Hücumdan sonra xəstəxananın dializ bölməsi və morqu ciddi şəkildə zərər görüb. Yaralanan olmayıb. Təhlükəsizlik qüvvələrinin anında cavab verməsindən sonra terrorçularla xəstəxana ərazisində qısamüddətli toqquşma olub.
Rayon Milli Təhsil İdarəsi də məhəllədə yerləşən Vətən ibtidai məktəbi, Hacı Fəttah Kadıoğlu liseyi və Cizrə Anadolu liseyindəki şagirdlər evlərinə göndərilib.
Hücumdan sonra dializ cihazları yararsız hala düşüb. Dializə daxil olan 32 xəstə isə Şırnak Dövlət Xəstəxanasına çatdırılaraq müalicələri davam etdirilib.
скачать dle 12.1