Abdullah Öcalanın qardaşı oğlu intihar etdi

11-11-2015, 16:31
0
Abdullah Öcalanın qardaşı oğlu intihar etdi
PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın qardaşı oğlu intihar edib. Abdullah Öcalanın Avstriyanın paytaxtı Vyanada yaşayan qardaşı oğlunun anbarda meyidi tapılıb. İntihar etdiyi iddia edilən 36 yaşlı Hüseynin cənazəsi dəfn edilmək üçün Türkiyəyə göndərilib.
 
Qeyd edək ki, Hüseyin İldırım 8 ay öncə itkin düşüb. Ondan heç bir xəbər ala bilməyən ailəsi Hüseynin tapılması üçün təhlükəsizlik güclərinə müraciət edib. Amma bu müddət ərzində onun tapılması mümkün olmayıb.
 
Bir neçə gün əvvəl İldırım ailəsinin yaşadığı bölgə yaxınlığındakı bir anbarda pis qoxu gəldiyi üçün axtarış aparılarkən Hüseynin meyidi tapılıb.
 
Araşdırma zamanı onun iplə intihar etməsi müəyyənləşib. Daha sonra onun cəsədi ailəsinə təhvil verilib.
 
Hüseyn İldırım anadan olduğu bölgədə dəfn olunacaq.
скачать dle 12.1
Xəbər lenti