Suriya ordusu olduqca strateji sayılan Kuveyris hava limanını ələ keçirdi -VIDEO

12-11-2015, 13:42
0
Suriya ordusu olduqca strateji sayılan Kuveyris hava limanını ələ keçirdi -VIDEO

Yaxın Şərq medialarına istinadən verdiyi məlumata görə, Suriya ordusu və Livan Hizbullah Hərəkatı döyüşçülərinin bu ölkədiki terror qruplşmalarına qarşı əməliyyatları davam etməkdədir.

Bu dəfə onlar İŞİD-in nəzarətində olan, Hələbin 50 kilometrliyində yerləşən “Kuveyris” hərbi hava limanını 2 il fasilədən sonra geri ala biliblər.

Bir çox əraziləri azad edən Suriya ordusu nəhayət Kuveyris hava limanını azad etməklə terrorçulara ağır zərbə vurmaqla yanaşı onların işini çətinləşdiriblər.

Əldə olunan bu nailiyyət nəticəsində İŞİD-in paytaxtı sayılan Raqqa şəhəri ilə Hələb şəhəri arasında olan 200 kilometrlik ərazi və yollar yaxın zamanda Suriya ordusunun nəzarətinə keçə biləcək. Bu məsələ hava limanının tez bir zamanda uçuşlar üçün bərpa olması təqdirdə daha da tezləşə bilər.

Suriya və müttəfiqlərinin əsas məqsədi Türkiyə ilə sərhəd bölgələrini ələ keçirməklə bu ölkədən gələn İŞİD və digər terrorçuların və onlara gondərilən təchizatların qarşısını almaqdır.

Kuveyris hərbi hava limanının geri alınması Suriya ordu qüvvələrinin Hələbin cənub və şərqindəki mövqelərini güclətməklə yanaşı şimal hissəsində də yeni bir cəbhənin açılmasına zəmin yaradacaq.

скачать dle 12.1
Xəbər lenti