Əfqanıstanda “Taliban” rəhbərlərindən biri öldürülüb
13-11-2015, 12:50
0
Əfqanıstanda “Taliban” rəhbərlərindən biri öldürülüb
“Taliban” terror hərəkatının rəhbərlərindən biri molla Mansur Dadulla bu gün Əfqanıstanın cənubunda yerləşən Zabul əyalətində baş verən atışma nəticəsində ölüb.
Bu il noyabrın əvvəlində molla Əhtar Mansuru “Taliban”ın əsasını qoymuş molla Ömərin xələfi qismində qəbul etməyən Əfqanıstan talibləri başda molla Məhəmməd Rəsul olmaqla, Terror hərəkatına şəxsi alternativ fraksiya yaradıldığını elan ediblər. Onun müavini isə molla Mansur Dadulla seçilib.
скачать dle 12.1