“Loyal” Suriya terrorçuları görün nə cinayətlər törədir - VİDEO

16-11-2015, 19:08
0
“Loyal” Suriya terrorçuları görün nə cinayətlər törədir - VİDEO


Terrorçular balası ölmüş ananın qəlbini yandırıb-yaxdılar.

 

Suriyada Türkiyə və Səudiyyə Ərəbistanı tərəfindən aşkar şəkildə dəstəklənən “Ceyşul-Fəth” terrorçuları vəhşiliklər törətməkdədirlər.

Əlbəttə bu gün İŞİD cinayətlərindən çox danışılır və bu danılmazdır. Ancaq hələ ötən il İŞİD rəsmi şəkildə peyda olmamışdan öncə Azad Suriya Ordusu adlı terror qruplşması və digərləri bu ölkədə daha qəddar cinayətlər törədirdilər. Ürəyi sinədən çıxarıb çiy-çiy yemək, hündür binlardan diri-diri insanları atmaq, yandırmaq, baş kəsmək və bu kimi digər vəhşi cinayətlər məhz hazırda adı loyal müxalif döyüşçülər kimi çəkilən cinayətkarlar tərəfindən həyata keçirilirdi və hazırda da davam etməkdədir.

Əlbəttə sonradan Türkiyə kəşfiyyatı baş verən cinayətlərin lentə alınmamasını tapşırdıqdan sonra, yayılan videoların sayı da azaldı. Ancaq arabir və bəzən çəkilib yayılan videolar başqa ölkələrin muzdlularına çevrilən və bir çox hallarda digər ölkələrdən gətirlərək “loyal müxalifət” adı verilən terrorçuların necə cinayəkar bir ünsür olduqları bir daha aydınlaşır.

Görəcəyiniz videoda Ceyşul-Fəth terror qruplaşmasının qanadlarından biri sayılan “Jundul-Əqsa” terrorçualrının törətdiyi cinayət öz əksini tapır. Belə ki, Suriya əsgərinin başını kəsən terrorçular onun telefonu ilə anasına zəng edərək, “oğlunu öldürdük, yəni başını bədənindən ayırdıq” deyə, fəxrlə balasını itirmiş ananın qəlbini yandırırlar.

скачать dle 12.1
Xəbər lenti