İŞİD-dən yeni təhdid: "Nyu-Yorku da partladacağıq" - VİDEO

19-11-2015, 16:08
0
İŞİD-dən yeni təhdid: "Nyu-Yorku da partladacağıq" - VİDEO

İŞİD yeni təhdidedici video yayıb. 

Bu haqda CNN telekanalı bildirir. 

Terrorçular ABŞ-da terror aktlarının baş verəcəyini vəd etdikləri videonu yayandan sonra bu dəfə Nyu-Yorku hədəfə aldıqlarını bildiriblər.

Videoda əldəqayırma partladıcı qurğu hazırlayan naməlum şəxs bombanı belindəki "şəhid qurşağı"na qoyaraq gödəkçəsi ilə "örtür". Daha sonra Nyu-Yorkun Herald-Skver (Herald Square) məntəqəsi göstərilir. Bununla İŞİD növbəti hədəfinin Nyu-York olduğuna işarə edir.

Nyu-York Şəhər Polis İdarəsinin komissar müavini Stiven Devis videonu belə şərh edib: "Bəzi kadrlar yeni olmasa da, video şəhərimizin hələ də terrorçuların hədəfi olaraq qaldığını bir daha sübut edir”.

Onun sözlərinə əsasən, konkret hədələrin səsləndirilmədiyinə baxmayaraq, polis yüksək səviyyədə sayıqlığını qoruyur.

скачать dle 12.1
Xəbər lenti