Rusiya Türkiyənin yük maşınlarını Gürcüstanla sərhəddən buraxmır

26-11-2015, 12:32
0
Rusiya Türkiyənin yük maşınlarını Gürcüstanla sərhəddən buraxmır
Gürcüstanın "Yuxarı Lars" nəzarət-buraxılış məntəqəsində yüzlərlə yük avtomobili yığılıb. Rus sərhədçiləri heç bir ciddi səbəb göstərmədən onların Rusiya ərazisinə keçməsinə imkan vermir.
 
Məlumata görə, rus sərhədçiləri sənədləri yoxlamadan Türkiyə nömrələri olan avtomaşınları geri qaytarır.
 
Sürücülərdən birinin "Pireli" agentliyinə bildirdiyinə görə, sərhədçilər üstəlik, bir neçə türkü döyüblər. Məhdudiyyətlər isə yalnız Türkiyə vətəndaşlarına və onların avromaşınlarına şamil edilir. Başqa maşınlar problemsiz Rusiya ərazisinə buraxılır.
скачать dle 12.1
Xəbər lenti