"Qaçırılan Türklərlə bağlı ip ucu əldə etmişik"

4-09-2015, 09:07
0
"Qaçırılan Türklərlə bağlı ip ucu əldə etmişik"

Irak Xarici İşlər Nazirliyi, "ölkədə qaçırılan Türk işcilərə aid ilk ipuclarının tapıldığını" bildirdi.

 

qaynarxeber.org saytı xarici mətbuata istinadən xəbər verir ki, dünən qaçırılan 18 nəfər Türk işçilərin tapılması ilə bağlı diplomatik korpus ciddi səy göstərir.

İraq XİN sözçüsü Əhməd Camal, "Müdafiə və Daxili İşlər Nazirlikləri, Muhaberat və Haşdi Şabi (Xalq Birlikləri) kamandanlığını əhatə edən güvənlik birliklərimizi bizimlə daimi əlaqədədirlərr. Bizə hadisə ilə əlaqədar ilk ipuclarını əldə etdikləri bilgisini veriblər. Gələcək günlər içində qaçıranlara ve saxlandıqları yeri təsbit etməmiz mümkün ola bilər" dedi.

Əhməd Camal, "Xarici İşlər Naziri İbrahim Caferi, Türkiyə Bağdad səfiri Faruk Kaymakcıyla bugünkü görüşməsində İraq hökumətinin və polis birliklərinin ciddiyətini və qərarlılığını bildirdi. Belə görünür ki, bəzi qüvvələr İraq-Türkiyə əlaqələrini hədəf almaq istəyir. İraq buna izin verməyəcək" deye bildirib.

Qeyd edək ki, dünən gecə İraqda Türkiyə tikinti şirkətinin 18 nəfər işçisi qaçırılmışdı. Olayla bağlı araşdırma getsədə, hələlik qaçırılan işçilərdən heç bir xəbər alınmayıb.

qaynarxeber.org

скачать dle 12.1
Xəbər lenti