İraqın baş naziri Heydər Əl-İbadi Türkiyənin 150 hərbçisinin qanunsuz şəkildə bu ölkənin ərazisinə daxil olmasına münasibət bildirib.
Baş nazir türk hərbçilərinin tez bir zamanda İraq ərazisini tərk etməsini istəyib.
Ötən gün Türkiyə elan etmişdi ki, bu ölkə hərbçiləri İraqda pişmərgə-kürd döyüşçülərinə təlim keçmək məqsədilə Mosulun yaxınlığında yerləşən Bəşiqə məntəqəsində yerləşiblər. Türkiyə hökuməti bununla bağlı açıqlamasında bildirmişdi ki, koalisiya qüvvələri məlumatlandırılıb.
"Reuters" agentliyi ABŞ-ın iki yüksəkçinli hərbçisinə istinadlı məlumatında bildirib ki, koalisiya mövzudan xəbərdar olsa da, ancaq Türkiyə hərbçilərinin İraqa daxil olması bu koalisiyanın icazəsi ilə baş tutmayıb.