KİV: Yanğında Rusiyanın əli var

7-12-2015, 14:42
0
KİV: Yanğında Rusiyanın əli var
Xəzər dənizindəki Günəşli yatağında baş verən qəza ilə bağlı müxtəlif iddialar səslənməkdədir. Rəsmi məlumatda bildirilir ki, qəza baş verən özüldə 63 nəfər olub. Onlardan 33 nəfər xilas olub. Bir nəfərin cəsədi çıxarılıb. 29 nəfəri axtarışı davam edir. 
 
Yanğından dərhal sonra platformaya bağlı bütün neft və qaz borularının bağlanıldığını və burada 28 neft və qaz quyusunun fəaliyyətinin dayandırıldığını açıqlayan rəsmi şəxslər, sistemdə və borularda qalan qaz səbəbilə yanğının davam etdiyini bildirirlər.
 
Rusiya ilə Türkiyə arasında baş verən təyyarə böhranından sonra Türkiyənin baş naziri Əhməd Davudoğlu hökuməti quran kimi ilk səfərini Azərbaycana etmişdi. 
 
Türkiyə mediasının yazdığına görə, Davudoğlu ilə Əliyev arasında görüşdə Rusiya ilə böhrandan əziyyət çəkməməsi üçün Azərbaycanın Türkiyəyə ucuz qaz satacağına yönəlik açıqlamalar verilib. Məhz bu açıqlamadan sonra Günəşli platformasının yanmasında Rusiyanın əli ola biləcəyi deyilir. 
скачать dle 12.1
Xəbər lenti