Venesuelada müxalifətin yaratdığı "Demokratik Birlik" bloku parlament seçkilərində üstünlük əldə edib.
Bu barədə rəsmi açıqlama Venesuelanın Milli Seçki Şurasından gəlib.
Məlumatda geyd olunur ki, Maduronun rəhbərlik etdiyi Venesuelanın Birləşmiş Sosialist Partiyası parlamentdə 46 yer, müxalif "Demokratik Birlik" bloku isə yerlərin 99-na sahiblənib. Ölkənin bəzi bölgələrində səslərin sayılma prosesi davam edir.